AZAL sərnişinlərə təqdim edilən yeməklərin müxtəlifliyinə görə dünyada ikinci olub
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə təqdim edilən yeməklərin müxtəlifliyinə görə “One Two Trip” səyahət xidmətinin hazırladığı reytinqində II yeri tutub.
ENA.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, 111 mülki aviasiya şirkətində sərnişinlərə təqdim edilən yeməkləri araşdılan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) 27 variant müəyyən edib. Ekspertlər hər fərqli varianta 1 xal verib. Yəni, hər şirkət maksimum 27 xal toplaya bilib.
I yeri 26 xalla “Singapore Airlines”, II yeri 25 xalla AZAL, III yeri isə 23 xalla “Japan Airlines” tutub. “China Southern Airlines” və “Korean Air” isə 22 xal toplayıb.