Sığorta

“Standard Sığorta”nın rəhbərliyinə bir neçə təyinat olub

“AB Standard” holdinqinin Azərbaycan maliyyə bazarında qalan yeganə maliyyə qurumu olan “Standard Sığorta” ASC (Standard Insurance) sığorta şirkətinin rəhbərliyində  bir sıra yeni təyinatlar gerçəkləşib.

ENA.az xəbər verir ki, Standard Insurance-nin İdarə Heyəti müavini olan Tural Əsgərov İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Bundan başqa menecementin digər iştirakçıları olan İnsan Resursları Departamenti direktor vəzifəsində Nəzakət Əliyevanın yerinə Rəşid Qafarov, Korporativ satış departamenti direktor vəzifəsində Rövşən Əsgərovun yerinə Anar Xələfov təyin edilib.

Digər vəzifədə isə departament direktoru olan Abbas Misgərlinin adı yeni siyahıda yer almayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)