Minimum əmək haqqından aşağı hədd - MİSALLA İZAH
Misal-1
“A” MMC-də Sakit Ağayevi ixtisassız kadr kimi, fəhlə işinə götürüblər. Ona minimum əmək haqqı yəni indiki hakda 250 manat müqabilində 8 saatlıq norma üzrə əmək müqaviləsi bağlanılır. Aylıq iş saatı 168 saatdır. Şəxs bunun 90 saatını işləyib. Belə olan halda, aylıq əmək haqqısı aşağıdakı edəcək (250/168)*90=134,10 manat.
“Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanunun 1.0.8. maddəsində qeyd edilib minimum əmək haqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. İxtisassız əmək və xidmət heç bir ali, orta ixtisas təhsili, normal peşə təhsili olmayan bir işçinin əməyi sayılır. Bunlara aiddir, fəhlələr, xadimələr, dalandar, bağban, gözətçi, ocaqçı və sair. 01 sentyabr 2019-cu il tarixdın bu kateqoriyadan olan insanlara 250 manat minimum əmək haqqı təyin etmək olar.
Misal-2
“A” MMC-də Rasim Əliyevi mühasibi işinə götürüblər. Onunla minimum əmək haqqı normasında əmək müqaviləsi bağlana bilməz. Ştat cədvəli əsasında mühasib vəzifəsinin aylıq əməkhaqqı 400 manatdır. Amma onu yarım ştat işə götürüblər nəticədə şəxs 8 saatlıq yox 4 saatlıq qrafik üzrə 200 manat maaş veriləcək. Bəs müqavilədə necə qeyd olunacaq? Müqavilədə bu 200 manat qeyd olunacaq və saat hesabında 4 saat qeyd olunacaq. Səbəb odur ki, 200 manat minimum əmək haqqından aşağı olsada bu günlük 8 saatlıq norma üzrə yox 4 saatlıq norma üzrə götürülür.
Qeyd: 0.25 ştat yəni günlük 2 saatlıqda götürülə bilənər, bu vaxt maaş 100 manat olacaq.
Əmək Məcəlləsi
Maddə 94. Natamam iş vaxtı
Misal-3
“A” MMC-də Həsən Quliyevi mühəndis vəzifəsinə götürüblər. Ştat cədvəli əsasında mühəndis vəzifəsinin aylıq əmək haqqısı 400 manatdır. Amma H. Quliyevi yarım ştat vəzifəyə işə götürüblər, nəticədə şəxsə 8 saatlıq yox 4 saatlıq qrafik üzrə 200 manat maaş veriləcək. H. Quliyev 8 saatlıq gündəlik iş saatı normasını işləsə, müqavilədə 200 manat yazılmağa baxmayaraq ona bütöv ştat üzrə nəzərdə tutulan 400 manat əmək haqqı veriləcək.
Əmək Məcəlləsi
Maddə 89. Tam iş vaxtı və onun müddəti
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Misal-4.
“A” MMC-də Asif Salahovu mühasib işinə götürüblər. Ştat cədvəli əsasında mühasib vəzifəsinin aylıq əmək haqqı 400 manatdır. Amma onu yarım ştat işə götürüblər nəticədə şəxs 8 saatlıq yox 4 saatlıq qrafik üzrə 200 manat maaş veriləcək. Şəxs gündəlik 9 saat işləyir. Əmək müqaviləsində 200 manat əmək haqqı qeyd olunsa da, 8 saata düşən hissə üçün ona 400 manat maaş veriləcək amma 1 saat əlavə aşağıdakı kimi qeyd olunacaq.
Həmin işlədiyi ay üzrə 8 saat üçün iş saatı 160-dir. Amma şəxs 200 saat işləyib.
400/160 = 2.5 manat hər əlavə işlənmiş saatın 2 qatı gəlir üstünə. 2.5*2=5 manat. Nəticədə şəxs 5*40 = 200 manat əlavə vəsait alacaq. Ümumilikdə 600 manat ona vəsait ödənilməlidir.
Qeyd: Bu 600 manat vergilər çıxılmamış hissədir.
İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Mənbələr: Əmək Məcəlləsinin 99-101, 165, 242 və 254-cü maddələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.11.2004 tarixli 175 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.08.2003 tarixli 106 nömrəli Qərarı
Misal-5
“A” büdcə təşkilatında Adəm Babaşovu sosial iş vəzifəsinə götürüblər. Ştat cədvəli əsasında bu vəzifə 0.5 ştat vahidi kimi qeyd olunub. Vəzifənin aylıq 4 saat üzrə əmək haqqısı 200 manatdır. A. Babaşovun təyin olunduğu ştat tək olduğundan onun artıq saat üzrə işləməsi 2 vurulacaq. A.Babaşov gündəlik 5 saat işləyib. Hesablama aşağıdakı kimi olacaq.
Hesab edək ki, həftədə 5 iş günü olmaqla ( 4 saat olmaqla) bu şəxsin 20 iş günü olub. Belə olan halda ayda 80 saat işləyib. Yəni norması 200 manatı işləyib. Amma A. Babaşov hər gün üçün əlavə 1 saat da işləyib. Belə olan halda 200/80=2.5*2=5 manat gündəlik hər saata görə vəsait ödəniləcək. 5*20=100 manat. Ümumi olaraq 300 manat vəsait alacaq.
Mənbələr: Əmək Məcəlləsinin 99-101, 165, 242 və 254-cü maddələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.11.2004 tarixli 175 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.08.2003 tarixli 106 nömrəli Qərarı.
İqtisadçı-ekspert Rauf Qarayev