ENA+

Tənəzzül astanasında olan - 5 BÖYÜK İQTİSADİYYAT

Dünyanın beş böyük iqtisadiyyatı hazırda tənəzzül astanasındadır. Mütəxəssislərin fikrincə, bu iqtisadiyyatlar böhranlı vəziyyətə çox yaxındırlar.

Aşağıda onlar haqda danışılacaq.

 

Böyük Britaniya

Cari ilin ikinci rübündə Böyük Britaniyanın ÜDM demək olar ki, 25% azalıb.

Analitiklər hesab edirlər ki, tənəzzül astasında olan ölkələr, dünyanın ən böyük iqtisadiyyatlarıdır. Sinqapur və Hong Kong kimi iqtisadiyyatlar kiçik olsalar da, əlverişsiz şəraitdədir.

Böyük Britaniya iqtisadiyyatına təsir göstərən amillərdən biri Brexit məsələsidir.

Qeyd edək ki, ölkənin Avropa İttifaqını heç bir müqavilə bağlamadan tərk etməsi getdikdə ən çox ehtimal olunan variantlardan biridir.

Ölkə iqtisadiyyatı 2012-ci ildən bəri ilk dəfədir ki, azalır.

Ekspertlərin fikrincə, baş nazir Boris Conson müqaviləsiz Brexit-ə yol verməməlidir. Əks halda tənəzzül qaçırılmazdır.

 

İtaliya

Son illərdə ölkədə ÜDM-un artım tempi yavaşıyır.

Ekspertlər qeyd edirlər ki, hər bir ölkədə iqtisadiyyata neqativ təsir göstərən amillər vardır.

Onların bir neçəsi ümumidir, məsələn, dünya sənaye istehsalının və biznesə olan etimadın azalması.

İtaliyada neqativ faktorlar sırasına işsizlik səviyyəsinin yüksək olması, artan dövlət borcu və siyasi qeyri-sabitliyi aid etmək olar.

 

Almaniya

Tənəzzül təhlükəsi Almaniya iqtisadiyyatı üçün də aktualdır. Belə ki, cari ilin yazında ölkənin ÜDM-u kəskin azalmışdır.

Qeyd edək ki, Almaniya iqtisadiyyatı ixracatdan asılıdır. Ölkə ABŞ və Çinə böyük həcmdə mal satır.

Mütəxəssislər son illərdə avtomobil satışlarında azalma olduğunu və bunun avtomobil istehsalçılarına mənfi təsir göstərdiyini vurğulayırlar.

Analitiklər “qızıl onilliyin” sona çatmasından danışırlar.

 

Meksika

 

Meksika iqtisadiyyatı da tənəzzül astanasındadır. Qeyd edək ki, bu il ölkədə iki rüb dalbadal ÜDM-un azalması müşahidə olunub. Ekspertlərin fikrincə, ilin sonuna qədər bu ölkənin iqtisadiyyatından yaxşı nəticələr gözləmək lazım deyil.

Bu yaxınlarda BVF qlobal iqtisadi artım proqnozunu 3,2%-ə qədər endirdi, bu 2009-cu ildən bəri minimum göstəricidir. Bundan əlavə, BVF 2020-ci il üçün də gözləntilərini 3,5%-ə endirdi.

Mütəxəssislər ölkədə investisiya səviyyəsinin kəskin şəkildə azaldığını və xidmət sektorunun daim təzyiq altında olduğunu qeyd edirlər.

Dünya ekspertləri ən böyük risklər sırasına ABŞ və Çin arasındakı ticarət müharibəsi, xidmət sektorunun vəziyyəti, həmçinin dünya mərkəzi bankların vəziyyətin sabitləşdirilməsi üçün vaxtında lazımi tədbirlər görə bilməməsini daxil edirlər.

 

Braziliya

Təhlilçilərin məlumatlarına və rəylərinə görə, bu ilin ikinci rübündə Braziliya tənəzzül vəziyyətində idi. Dünyadakı bütün iqtisadiyyatların vəziyyətinə təsir edən vacib amillərdən biri kimi analitiklər Çin iqtisadiyyatının yavaşlamasını, eyni zamanda ABŞ və Çin arasında uzun bir ticarət müharibəsini göstərirlər.

İnvestorların artan narahatlığı da qeyd olunur.

Braziliya Latın Amerikasının ən böyük iqtisadiyyatıdır.

Braziliya iqtisadiyyatına mənfi təsir göstərən əsas faktorlara sənaye istehsalının azalması və işsizlik səviyyəsinin yüksək olması da aid olunur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)