“Günay Sığorta”nın daha 3 nümayəndəliyi bağlanıb
“Günay Sığorta” ASC-nin car ilin ilk yarımilliyində 3 nümayəndəliyi ləğv edilib.
ENA.az bu barədə Sığorta Şirkətinin hesabatına istinadən xəbər verir.
Məlumata görə,”Günay Sığorta”nın Şirvan, Quba və Göyçay nümayəndəlikləri ləğv edilib.
Ötəniliki hesabatında isə 6 nümayəndəliyini ləğv edilməsi barədə məlumat qeyd edilmişdi.
Xatırladaq ki, “Günay Sığorta” ASC-nin nizamnamə kapitalı 7,7 mln. manat olmaqla, səhmlərinə iki fiziki şəxs olan Yeganə Şirinova – 71,94%, Xanım Məmmədova – 11,45% və Günay Bank ASC 16,61% olmaqla nəzarət edirlər.