ENA+

Qazaxıstan hökuməti bəzi vətəndaşların kreditlər üzrə faiz və cərimə borclarını bağlayıb

Qazaxıstanın bankları və mikromaliyyə təşkilatları borcalanlara 33,6 milyard təngə (təxminən 87 milyon dollar) məbləğində kreditlər üzrə faiz və cərimələrinin borclarını bağlayıb.

Bundan əlavə, ehtiyacı olan vətəndaşların da 300 min təngəyə (800 dollar) qədər olan borcları ödəniləcək. Kreditin məbləği daha çox olarsa, onun bir hissəsi ödəniləcək. Güzəştlər ailə başçısını itirmiş şəxslərə, aztəminatlı, himayədar müavinəti alan ailələr, əlillər, dövlət ünvanlı sosial yardım alanlara şamil olunur.

Yoxsul vətəndaşlara dəstək məqsədilə həyata keçirilən bu layihə Prezident Kasım-Jomart Tokayevin müvafiq sərəncamına əsasən icra edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)