Sosial iqtisadiyyat

Ekspert Nazirlər Kabinetini tənqid etdi: Bu səhv minləlrlə əmək müqaviləsinin ləğv olunmasi deməkdir

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bu gün maraqlı açıqlama ilə çıxış edib.

Tanınmış ekspert normativ-hüquqi akta daxil edilən səhv müddəa ilə bağlı tənqidi fikirlər səsləndirib.

 

"Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında hüquqa uyğun olmayan bir müddəa var. Bu müddəa belədir "211200. “Ştatdankənar işçilərin əməkhaqqı” paraqrafına təşkilatların daimi ştatında olmayan və mülki-hüquqi müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə hesablanmış əməkhaqlarının ödənişi ilə bağlı xərclər daxildir" Yəqin Maliyyə Nazirliyi hazırlayıb. Amma Nazirlər Kabinetində "mülki-hüquqi müqavilə üzrə işlərin yerinə yetirilməsinə cəlb olunan şəxslərə əməkhaqqının ödənişi üçün" ifadəsinin qeyri-hüquqi müddəa olmasını” bilməli idilər.

 

Hər halda xatırladım.

Əmək Məcəlləsində əməkhaqqının anlayışı verilir. Maddə 154 "Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur"

Mülki-hüquqi müqavilə ilə işləyənlərə əmək haqqı verilə bilməz axı. Mülki-hüquqi müqavilə ilə işləri və xidmətləri yerinə yetirənlərə ödəniş məsələləri Əmək Məcəlləsi ilə yox Mülki Məcəllə ilə tənzimlənir.

 

Bu səhv müddəanin tətbiqi hazirda dövlət orqanlarinda çailşan və dövlət qulluqçusu olmayan minləlrlə işçi ilə bağlanmiş əmək müqaviləsinin ləğv olunmasi deməkdir.

 

 

(c) qht.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)