Sənaye

"Qum dəniz" yatağında neft hasilatı 22 faiz artıb

Bu ilin II rübündə "Qum dəniz" neft yatağından xam neft hasilatı I rüblə müqayisədə, 22 faiz artaraq, gündəlik 813 barel təşkil edib.

ENA.az x'b'r verir ki, bu barədə "Greenfields Petroleum Corporation" məlumat yayıb.

Qeyd olunub ki, hesabat dövründə 12 quyuda təmir işləri başa çatıb və quyular istismara daxil edilib. İyunun sonuna dörd əlavə quyuda təmir işləri davam etdirilib.

II rübdə "Bahar" yatağında gündəlik qaz hasilatının həcmi I rüblə müqayisədə 11 faiz artaraq, 20,596 mln. kubfut olub. Hesabat dövründə B182 və B205 saylı quyularda əsaslı təmir işləri yekunlaşıb.

Qeyd edək ki, "Bahar" və "Qum dəniz" yataqlarında əməliyyat aparan "Bahar Energy Ltd." şirkəti "Greenfields Petroleum"un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80 faiz iştirak payına malikdir, qalan 20 faiz isə SOCAR-a məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)