"PSG Finans"ın zərəri artıb
"PSG Finans" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 201 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 138 min manat xalis zərərlə çıxmışdı.
Ötən il "PSG Finans"ın gəlirləri 647 min manat, o cümlədən faiz gəlirləri 604 min manat, qeyri-faiz gəlirləri 43 min manat, xərcləri 328 min manat, o cümlədən faiz xərcləri 38 min manat, qeyri-faiz xərcləri 290 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 520 min manat təşkil edib.
Bu il yanvarın 1-nə "PSG Finans"ın aktivləri 3 milyon 104 minmanat olub ki, bu da illik müqayisədə 42,3% çoxdur. Bunun 2 milyon 348 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 57,6% böyüyüb.
Hesabat dövründə "PSG Finans"ın öhdəlikləri 3,2 dəfə artaraq 2,4 milyon manata çatıb, balans kapitalı isə 50,9% azalaraq 704 min manata düşüb.