“Hyundai” Azərbaycanda “Mercedes”i qabaqlayır
Dövlət statkom Azərbaycanda minik avtomobillərinin strukturunu açıqlayıb. “Mercedes” (199 016 ədəd), nəhayət, VAZ 2101, 2103 və 2106-ya çatıb. Amma “Hyundai” ötən il alınan avtomobillərin sayında lider olub.
2018-ci ildə Azərbaycan yollarında “Mercedes” markalı avtomobillərin sayı 3648 ədəd artıb. “Hyundai”ın sıralarına (68.179) il ərzində 4668 yeni maşın əlavə olunub. Populyarlıq baxımından sonrakı yerlərdə “Toyota” (50,797), “Opel” (44,037), KIA (34,179), “Nissan” (33.245), BMW (26.167), “Mitsubishi” (21.554) və “Volkswagen” (21.418) gəlir. “Chevrolet” Azərbaycanda ən çox satılan avtomobillərin ilk onluğunu bağlayır – 15,972 ədəd.