Hadisə

“Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun rəhbəri olduğu “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb.

ENA.az xəbər verir ki, Unikal.org-a açıqlama verən İqbal Məmmədov baş verən hadisəni təxribat adlandırıb:

“Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən “Relax”da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”. 

İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib: “Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)