Qeyri-Bank

BOKT-ların kredit qoyuluşunda payı azalır

Bu il iyulun 1-nə Azərbaycanda kredit qoyuluşu 13 482,6 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bunun 2 181,8 milyon manatı və yaxud 16,2%-i dövlət banklarının, 10 964,2 milyon manatı və yaxud 81,3%-i özəl bankların, 336,6 milyon manatı və yaxud 2,5%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.

BOKT-lərin kredit qoyuluşundakı payı bu ilin may ayının yekununda da 2,7% təşkil edib. Mikromaliyyə qurumları ötən ilin yekununda kredit qoyuluşunda 3%, ötən ilin iyun ayının yekununda isə 3,2% paya malik olublar. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)