Bank

"Bank BTB"də YENİ TƏYİNAT

“Bank BTB” ASC-nin Marketinq departamentinə direktor təyin edilib. 

ENA.az Banka istinadən xəbər verir ki, bu, Fuad Cəfərovdur.

O, məhsulların inkişafı, marketinq komnukasiyaları və müştəri əlaqələrinin idarə olunması şöbələrinə rəhbərlik edəcək.

F.Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb, daha sonra ABŞ-ın oston şəhərində yerləşən beynəlxalq təhsil məktəbində,Mərkəzi Avropa Universitetində kiçik və orta sahibkarlığın inkişafı, menecment və liderlik proqramı üzrə təhsilini davam etdirib. O, 2014-ci ildə Niderland Krallığında yerləşən Haaqa Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi əldə edib, müxtəlif illərdə ixtisaslaşmış beynəlxalq sertifikasiya kurslarında təlimlər keçərək strateji marketinq, məhsullarının inkişafı, biznesin inkişafı, strategiyanın hazırlanması və tətbiqi sahələrində bilik və keyfiyyətlərə malikdir.

Uzun müddət maliyyə sektorunda çalışmış F. Cəfərov 2015-cı ildən etibarən "PAŞA Bank" ASC-də fəaliyyət göstərib, IBM, “Mckinsey & Company" beynəlxalq konsaltinq şirkətlərininin ekspertləri ilə birlikdə Bankın inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department