“AccessBank”ın zərərindəki fərq dəyişikliyi: Hesabat
Azərbaycanda özünü Avropa bankı kimi səciyyələndirən “AccessBank”ın 2018-ci ilin üçüncü rübü üzrə göstəriciləri açıqlanıb.
2018-ci ilin 3-cü rübü üzrə hesabata əsasən, birinci dərəcəli kapital 44 milyon 855 min manata yüksəlib. Məcmu kapitalı isə azalaraq 28 milyon manata düşüb.
Gəlirlər və xərcləri azalıb
“AccessBank”ın 2018-ci ilin üçüncü rübündə faiz gəlirləri 1 illik müqayisədə 13,6% azalaraq 65 milyon 331 min manat, faiz xərcləri 20% azalaraq 39 milyon 359 min manat olub. Bankın qeyri-faiz zərəri 7 milyon 473 min manat, qeyri-faiz xərcləri isə 44 milyon 116 min manat olub.
“AccesBank”ın əməliyyat zərəri 25 milyon 667 min manat olub. Aktivlər üzrə ehtiyata ayırmalar 13 milyon 830 min manatdan azad olub. Bu da bankın problemli kreditlərin azalmasından xəbər verir.
Zərərin kəskin azaldıb
BI bankın mənfəət və zərər hesabatına əsasən xəbər verir ki, 2018-ci iulin üçüncü rübünü “AccessBank” 11 milyon 830 min manat zərərlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 75,5% az deməkdir.
Aktivlər azalıb
Bankın 2018-ci ilin üçüncür rübündə cəm aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azalaraq 836 milyon 456 min manat olub. Aktivlərin 518 milyon 478 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Kredit portfeli isə illik müqayisədə 4,2% artıb. Bankın Mərkəzi Banka qarşı tələbləri 82 milyon 792 min manat, “Nostro hesabları isə 20 milyon 161 min manat olub.
Öhdəliklər artıb
“AccessBank”ın cəmi öhdəlikləri illik müqayisədə 0,9% artaraq 780 milyon 455 min manat olub. Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% artaraq 464 milyon 25 min manat təşkil edib. Bank Mərkəzi Bank qarşısında öhdəliyini 100% azaldıb.
2018-ci ilin yanvar-sentyabr ayında balans 56 milyon 1 min manat olub.
Görünən odur ki, Bankın avropalı səhmdarları təcili kapital yatırmalı və bankda sağlamlaşdırma prosesləri aktivləşdirilməlidir.