Birja

Fed rəhbərinin 3 kəlməsi bazarları sarsıtdı: bəzi valyutalar dollar qarşısında ucuzlaşdı

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması qlobal maliyyə bazarlarında dolların məzənnəsini son 2 ilin ən yüksək həddinə çatdırıb. 

Açıqlamalardan sonra Avropa Birliyi dövlətlərində satışlar 1%-i aşdı. Dow Jones indeksi maydan bəri ən pis günlük performans göstərdi. Dolların bahalaşması digər indekslərdə də geriləmə yaratdı. FED sonrası bir çox inkişafda olan ölkələrin pulları dollar qarşısında ucuzlaşdı.

Məlumata görə, dollar indeksi 2017-ci ilin may ayından bəri maksimal həddə - 98,363-ə çatıb. Mütəxəssislər FED-in növbəti faiz azalmasına gələn ay gedəcəyini, sonra isə “fasilə” götürəcəyini ehtimal edirlər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)