2019-cu ilin inkişaf edən texnologiyalar - TOP 10
Dünya İqtisadi Forumu, 2019-cu ildə inkişaf etməkdə olan texnologiyaların siyahısını nümayiş etdirdi. Ekspertlər, dünyaya müsbət təsir göstərə biləcək texnoloji sıçrayışlara dair açıqlama veriblər.
Siyahıya iqtisadiyyata və önümüzdəki beş il ərzində insanlara təsir göstərə biləcək, investorlar və alimlər üçün cəlbedici olan texnologiyalar daxildir.
Yaxın zamanda ortaya çıxan bu texnologiyalar gələcəkdə dünya iqtisadiyyatına və bütövlükdə cəmiyyətə təsir göstərəcəkdir.
1. Bioplastik
Təkcə 2014-cü ildə təxminən 311 ton plastik istehsal edilmişdir. Proqnozlara görə 2050-ci ilə qədər bu rəqəm üç qat artacaq.
Plastikin cəmi 15% təkrar emaldan keçir.
Bioplastik bəşəriyyətə bu problemi həll etməyə kömək edəcək. Adından da göründüyü kimi, bioplastik biokütlədən hazırlanacaq.
2. Xüsusi robotlar
Bu gün robotlar səsləri, üzləri, jestləri və duyğuları tanıya bilirlər. Bundan əlavə olaraq, onlar hətta verbal və qeyri-verbal siqnallara cavab verməyi bacarırlar.
İnsanlarla göz təmaslarını saxlaya bilirlər. Adətən robotlar yaşlılara qayğı göstərmək, uşaqlara dərs keçmək və bir çox digər oxşar funksiyalar üçün istifadə olunur.
3. Metalinzalar
Bu linzalar o qədər nazikdir ki, indiyədək onların ənənəvi metodlarla istifadəsi qeyri-mümkün olub.
Lakin, linzaların istehsal prosesindəki dəyişikliklər sensor və tibbi cihazları daha yığcam edəcəkdir.
4. Zülal balansının müalicəsi
Zülal balansının pozulması xərçəngə və digər xəstəliklərə səbəb ola bilər.
Normal zülallardan fərqli olaraq, onlar hər hansısa dəqiq quruluşa malik deyillər, buna görə də müalicə prosesi də asan olmur.
Elm adamları ən son texnologiyalardan istifadə edərək, bu zülalların strukturunun dəyişməsinin qarşısını ala bilmişlər.
5. “Ağıllı” gübrələr
Son illərdə gübrələrin yaxşılaşdırılması onların bütün lazım olan vitamin və mineralları tədricən (zərurət yarandığı halda) “buraxması” ilə əlaqədar olmuşdur.
Lakin, burada əsas problem bu gübrələrin tərkibində ammiak və kalium karbonat kimi maddələrin olmasıdır.
“Ağıllı” gübrələrin son versiyaları ekoloji cəhətdən daha təmiz olan azot, mikroorqanizmlərdən istifadə edirlər.
6. Distant birgə olmaq
Özünüzü video konfransda, həmsöhbətləriniz ilə sanki eyni otaqdakı olduğunuz kimi təsəvvür edin.
Bu, gələcək video konfransların reallığına çevrilə bilər.
7. Qida məhsullarının qablaşdırılmasına nəzarət sistemi
Ərzaq çirklənməsinin qaynağının müəyyən edilməsi indi sadəcə bir neçə dəqiqə çəkə bilər.
Bu, tədarük zənciri boyunca ərzaqların mənşəyini izləmək üçün yeni bir yanaşmanın nəticəsi olacaqdır.
Bundan əlavə, qablaşdırmanın üstündəki sensorlar ərzağın nə vaxt xarab olacağını göstərəcəkdir.
8. Təhlükəsiz atom reaktorları
Atom enerjisindən istifadəsi təhlükəsi yanacaq sterjen qızdıqda, su ilə birləşdikdə hidrogenin ayrılmasına və nəticədə partlayışın baş verməsindən ibarətdir.
Alimlər təkmilləşmiş yanacaq inkişaf elətdirirlər.
Yeni enerji sterjeninin əsas üstünlüyü modifikasiya edilmiş avadanlıqdadır.
9. DNT məlumatlarının saxlanılması
Müasir dünya bir çox məlumatlar istehsal edir və bu proses o qədər sürətlə baş verir ki, alimlər 100 ildən sonra maqnit və optik saxlama sistemlərinin maksimum dərəcədə yüklənəcəyini ehtimal edirlər.
DNT heç bir məhdudiyyətə malik deyil. Bəzi qiymətləndirmələrə görə, il ərzində bizə lazım olan informasiya uzunluğu 1m olan DNT kubunda yerləşir.
10. Yenilənən enerjinin saxlanılması və istifadəsi
Li-ion batareyalar növbəti 5-10 il üçün qabaqcıl texnologiya olacaq.
Batareyaların keyfiyyətinin yaxşılaşdırılması hesabına enerjini 4-8 saat saxlamaq mümkün olacaqdır.
Bu, axşam saatlarında bir evi günəş enerjisi ilə təmin etmək üçün kifayət edir. a