Sosial iqtisadiyyat

"Azərbaycanda fransız lisenziyası və təcrübəsi əsasında istehsal sahələri yaradıla bilər"

Birbaşa investisiya yatırmaqla Azərbaycanda fransız lisenziyası, təcrübəsi və elmi-fikri əsasında istehsal sahələri yaradıla bilər.

ENA.az xəbər verir ki, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno le Merinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

"Bu gün Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən birini ticarət əlaqələri təşkil edir. Biz fransız şirkətləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində və çoxşahəli olmasında maraqlıyıq", - deyə S. Şərifov qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlıq yalnız Fransa şirkətləri tərəfindən müxtəlif təyinatlı mal və xidmətlərin tədarük edilməsi ilə məhdudlaşmamalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)