Avtomobil

Polisdən maketlərlə bağlı - AÇIQLAMA

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi respublika yollarında qoyulmuş YPX avtomobillərinin maketləri ilə bağlı rəsmi açıqlama verib.

İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, sözügedən maketlər profilaktik tədbir məqsədi ilə quraşdırılıb:

“Məqsəd də odur ki, sürücülər həmin maşınları görəndə, doğru zənn edib sürət həddini azaltsınlar, qayda pozuntusuna yol verməsinlər.

Hazırda insanlar bir-birinə bu maketlərin yerini deməyə çalışır. Daha düşünmürlər ki, qarşı tərəfin həyatı üçün təhlükəli vəziyyət yaradırlar. İnsanları çaşdırır, inzibati məsuliyyətə cəlb olunmasına sövq edirlər. Ancaq bilməlidirlər ki, bu gün həmin ərazidə maket quraşdırılıbsa, 2 saat sonra onun yerinə həqiqi avtomobil yerləşdirilə bilər. Ona görə də, kimsə yolda YPX maketi gördüyü təqdirdə tez onun koordinatlarını sosial şəbəkələrdə paylaşmamalıdır”.

Şöbə rəisi sosial şəbəkələrdə maketlərdən birinin küləkdən aşdığı əks olunmuş fotoya da münasibət bildiriərək hadisənin Türkiyədə baş verdiyini vurğulayıb.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində yollarda bu cür maketlərdən istifadə olunur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)