Gülnarədən alıb Prezidentin kürəkəninə verəcəklər
Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun həbsdə olan qızı Gülnarə Kərimovaya məxsus Daşkənd vilayətinin Bostanlıq rayonunda yerləşən daşınmaz əmlak hazırkın ölkə başçısı Şavkat Mirziyoyevin kürəkəni Otabek Umarovun başçılıq etdiyi Özbəkistan Triatlon Federasiyalarına verilməyi planlaşdırılır.
“ENA” xəbər verir ki, bu barədə “Nastoyaşee vremya” telekanalı müvafiq qətnamə layihəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, iqamətgah “Sijjak” istirahət mərkəzinin ərazisində yerləşir ki, burada da mehmanxanalar, 3 hovuz, amfiteatr, kottec və digər obyektlər var.
Kərimovadan müsadirə edilən daşınmaz əmlakın xaricində bir təlim kompleksi tikmək təklif olunur ki, bunun da dəyəri 15 milyard sumdur.
Əmlakın təhvil verilməsi təklifi artıq demək olar ki, bütün maraqlı idarələr - Bədən Tərbiyəsi və İdman Nazirliyi, ölkənin Olimpiya Komitəsi, Baş Prokurorluq yanında Məcburi İcra Bürosu, Özbəkistan Futbol Assosiasiyası və Triatlon Federasiyasının özü tərəfindən dəstəklənib.
Qeyd edək ki, Gülnarə Kərimova həm ölkədən xaricdə, həm də daxildə pul tələb etmədə və pulların yuyulmasında şübhəli bilinərək, onun barəsində cinayət işləri qaldırılıb. Öz vətənində onu birinci cinayət işi üzrə 5 il müddətinə azadlığının məhdudlaşdırılmasına, ikinci iş üzrə isə 10 il müddətinə həbs cəzasına məhkum ediblər. Lakin, sonradan bu cəza 5 illik azadlığın məhdudlaşdırılması ilə əvəzlənib. Kərimova “cəzasının çəkilməsi qayda və şərtlərini kobud şəkildə pozduğuna görə” koloniyaya köçürülüb.