Bank

"Günay Bank"ın rəhbərliyində dəyişiklik olub

"Günay Bank" ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik olub.

ENA.az xəbər verir ki, komitənin iki üzvü - Rəcəbov Vüqar Oktay oğlu və Ömərov Firudin Cəmaləddin oğlu vəzifələrini tərk edib. Hələlik bu vəzifələrə təyinat olmayıb.

Hazırda bankın Audit Komitəsinin sədri vəzifəsini Mehdiyeva Esmira Məmməd qızı icra edir.

Qeyd edək ki, Vüqar Rəcəbov vaxtilə "Günay Sığorta"nın İdarə Heyətinin (İH) sədri və üzvü vəzifəsini icra edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)