VMF işçi axtarır - MAAŞ 1000 MANAT
Hazırda şirkətimizə Hüquq Məsləhətçisi tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
• Sazişlər, müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
• Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
• Şirkət tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa məlumatlandırmaq;
• Müqavilə sənədlərinin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət;
• Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin işçilərinə məsləhət və tövsiyələrin verilməsi
• Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi
• Müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət
• Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi
• Şirkətin Baş Hüquq Məsləhətçisi tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi
• Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
• Əməkdaşlıq müqavilələrini, o cümlədən, yeni layihələr üzrə yeni müqavilə nümunələrinin hazırlanması;
• Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və digər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək;
• Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
• Vəzifələrin icrası ilə bağlı, Şirkətə daxil olan bütün sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanması;
• Şirkətin daxil olduğu qrupun bütün Şirkətlərinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemləri yerində araşdırmaq və işçiləri təlimatlandırmaq;
• Şirkətin qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
• Şirkətin ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək;
Tələblər:
• Hüquq sahəsində ali təhsil
• Səlis Azərbaycan, ingilis və rus dili bilikləri
• MS office proqramları
• Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi
İş vaxtı 1-5 günlər, 09:30-18:30 6- cı gün, 09:30-17:30 dək
Əmək haqqı 1000 AZN
• Tərcümeyi-hallarınızı fayl adını özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə vmf@vmf.az ünvanına göndərməyiniz xahiş olunur.
• Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
• Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.