Statuslar

"Pomidor 50 qəpiyə olar" düşünənlərin arzusunu reallaşdırmaq üçün...

1 hektar sahədə ədəb-ərkanla, bütün qaydalara riayət etməklə, gübrəli, pestisidli, cücü-mücü və xəstəliklərlə mübarizəli pomidor yetişdirmək üçün fermer 7400 azn pul xərcləməlidir. Bunun nəticəsində həmin sahə sağlam, yeməli 40 ton pomidor verir. Qablaşdırmasız, yığım xərcsiz, daşınmasız maya dəyəri 19 qəpiyə oturan bu məhsulu fermer sahəsindən ən azı 40 qəpiyə satmalıdır ki, həm il boyu dolansın, həm də gələn ilə məhsul əksin. Üzərinə daşınma xərcini, yeşiklərin və yığımın qiymətini gələndə ötən illərdə bu mövsümdə (iyun-iyul-avqust) bazardan aldığımız 60 qəpiklik pomidorun fermerin dərisindən necə çıxdığını və dəyər-dəyməzinə satıldığını anlamaq çətin deyil. 

Bizim gömrükdə ixraca maneələrin aradan qalxması fermerə məhsulunu özünə sərf edən qiymətə xaricə satmaq imkanı yaradıb. Əvvəlki illər xiffəti ilə "pomidor 50 qəpiyə olar" düşünənlərin arzusunu reallaşdırmaq üçün bircə yol qalır: gömrükdə fermerə ixraca mane olmaq. 

Onda da:
1. kənddən şəhərə məhsul yox, insan axını başlayacaq.
2. Yenə də İran, Türkiyə kartof-pomidoru yeyəcəyik.

Baxın da. İstəyirsiz şüvənə davam edin. Ya da imkan verin, fermer özünü 1 il tutsun, toxlaşsın və məhsulunu çeşidləməyi öyrənsin. Necə ki, ömür-bİllah qızıləhmədin ən yaxşısının üzünü biz görməmişdik, patron xiyarı tanımırdıq...

 

Afət Yaqubova

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department