ENA+

ABŞ Səudiyyə kral ailəsinə qarşı sanksiya tətbiq edə bilər

ABŞ Senatına Səudiyyə Ərəbistanı ilə münasibətlərin dəyişdirilməsinə yönəlmiş qanun layihəsi daxil olub.

TASS xəbər verir ki, sənədi senatorların müzakirəsinə Xarici işlər komitəsinin sədri Ceyms Riş təqdim edib.

Onun bildirdiyinə görə, Ərəbistan krallığı insan hüquqlarını ciddi şəkildə pozur və bunun son nöqtəsi jurnalist Camal Xaşukcinin öldürülməsi olub.

Qanun layihəsinin müəllifləri senatorlar Cin Şahin, Marko Rubio və Kris Kunsdur.

Sənədə əsasən ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətləri tam və strateji nöqteyi nəzərdən dəyişdirməli, kral ailəsinin üzvlərinə isə Birləşmiş Ştatlara giriş qadağan olunmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)