ENA+

Məşhur kosmetika şirkəti iki brend almağa hazırlaşır

Fransanın kosmetika istehsalçısı “L’Oreal” gözəllik sənayesinin digər oyunçusu “Clarins Group” ilə onun iki ətir brendini: “Mugler” və “Azzaro” alınması ilə bağlı danışıqlara başlayıb.

ENA.az xəbər verir ki, bu haqda “L’Oreal”ın korporativ saytında məlumat verilib.

Fransız şirkətindən deyiblər ki, belə addım “L’Oreal Luxe”un inkişaf strategiyasının vacib bir hissəsidir və kompaniya ətir biznesini artırmağı düşünür.

Korporasiya razılığın dəyəri haqqında açıqlama etməyib. Amma məlumdur ki, bu il adıçəkilən iki brend “L’Oreal”ın tərkibə daxil olacaq.

Əgər satış ilə bağlı danışıqlar müsbət nəticələnsə, bu halda “Clarins” ətir bazarının oyunçularından biri olmağı faktiki olaraq dayandıracaq. Amma öncə isə sazişin şərtlərini tərəflər və tənzimləyiçilər bəyənməlidir.

“France24” nəşri “Clarins”in nümayəndəsinin sözlərinə istinadən yazır ki, “Mugler” və “Azzaro”nun illik dövriyyəsi, əsas brendin illik dövriyyəsinin 26%-ni təşkil edir. Bu isə 400 milyon avrodan çox rəqəm deməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)