İnşaat və əmlak

MİDA-nın sərəncamında olan mənzillərin sayı açıqlanıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sərəncamında olan mənzillər barədə statistik göstəriciləri açıqlayıb. Məlum olub ki, bundan sonra 5.644 mənzil güzəştli şərtlərlə satılacaq. İndiyədək Yasamal Yaşayış Kompleksində 1.654 mənzil inşa edilib və onlardan 574-ü artıq satılıb. Qalan mənzillərin 253-ü isə artıq satışa çıxarılıb. Yaxın vaxtlarda isə daha 827 mənzil satışa çıxarılacaq.

İkinci mərhələdə Yasamalda 1.458, Hövsanda 2.964 mənzilin satılması planlaşdırılır. Agentliyin xətti ilə Sumqayıtda da güzəştli şərtlərlə mənzillər inşa edilir. Orada 144 mənzil satışa çıxarılacaq. Xatırladaq ki, MİDA-nın sərəncamında olan mənzillərin ipoteka ilə satış qaydalarında dəyişiklik edilib. Bundan sonra güzəştli ipoteka krediti hesabına mənzil əldə etmək istəyən vətəndaşlar öncədən ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli və aldıqları razılıq qərarını "Güzəştli mənzil" sistemindəki elektron kabinetində yerləşdirməlidirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department