Vakansiyalar

"Atkins" işçi xtarır - VAKANSİYA

ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.

Vəzifənin adı: İnşaat mühəndisi

İş yeri: Bakı, Azərbaycan

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Müvafiq sahədə ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• İnşaat quraşdırma  və təmir işləri( konstruksiya, tamamlama işləri, mexanika və elektrik işləri) ilə bağlı podratçı şirkətlər tərəfindən verilən qiymət təkliflərinin analiz edilməsi, əsaslandırılması və təsdiq edilməsi;İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• İnşaat materiallarının qiymətlərinin bazar qiymətlərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi;
• İnşaat quraşdırma və təmir işlərinin smetasının optimal şəkildə tərtib edilməsi;
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən  hesabatların yoxlanılıb, təsdiq edilməsi;
• Nəzərdə tutlan inşaat quraşdırma və təmir işləri ilə bağlı səmərəli təkliflərin irəli sürülməsi;
• İşin texniki və iqtisadi tərəfdən əsaslandırılması;
• Analitik düşünmə qabiliyyətinə malik olmalı, səliqəli ,diqqətli ,rəqəmlərlə sərbəst işləmək bacarığına malik omalı;
• Avtocad,  Microsoft Office;  
• Tikinti və quraşdırma işlərinin keyfiyyətinə nəzarətin  həyata keçirilməsi;
• Keyfiyyətlə idarəetmənin işlənməsində, təkmilləşdirilməsində və tətbiqində, keyfiyyət göstəricilərinin standartlarının və normativlərinin yaradılmasında iştirak etmək və onlara riayət olunmasına nəzarət etmək;
• Tikintinin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanmasında və tətbiqində iştirak etməyi;
• Uçot aparmağı və məhsulun keyfiyyətinin idarə olunması üzrə təşkilatın fəaliyyəti haqqında hesabat tərtib etməyi;
• İnşaat işlərinin yerinə yetirilməsi mərhələlərində əldə edilən bütün məlumatları, istehsalı xarakterizə edən keyfiyyət göstəricilərini analiz edir və  qəbul edilmiş qaydalara uyğun olmayan işlərin aparılmasına yol verməyir;
• Aparılmış Dövlət nəzarət işlərinin nəticələri əsasında lazımi tədbirlər görür və həyata keçirir;
• Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını  (CV - foto şəkil ilə)  hr@bwc.az elektron poçtun ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department