ENA+

Putinin səlahiyyətli nümayəndəsinin köməkçisi həbs edilib

Rusiya prezidenti Vladimir Putinin Ural Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin köməkçisi Aleksandr Vorobyov Moskvada həbs edilib.

ENA.az RİA “Novosti”yə istinadən xəbər verir ki, o, dövlətə xəyanətdə ittiham olunur. 

Məhkəmə A.Vorobyov barəsində cari il sentyabrın 4-dək həbs qətimkan tədbiri seçib. Məhkəmə qapalı rejimdə keçirilib. A.Vorobyov 2006-2008-ci illərdə yerli özünüidarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. 2010-2017-ci illədə Kalinqrad vilayəti hökumətində rəhbər vəzifə tutub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)