Bank

Bank Respublika gəlirini ehtiyata qoydu

Səhmdar kapitalı ilə bağlı mühüm mərhələlərdən çıxa bilən Bank Respublika aktivlərini artıra bilib. BI xəbər verir ki, bank 2018-ci ilin üçüncü rübünü  əməliyyat mənfəəti ilə yekunlaşdırıb. 

 

Qeyri-faiz gəlirləri azalıb
“Bank Respublika”nın 2018-ci ilin üçüncü rübündə faiz gəlirləri illik müqayisədə 26% artaraq 29 milyon 182 min manat, faiz xərcləri isə 28,6% azalaraq 12 milyon 643 min manat olub. Bankın qeyri faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalaraq 18 milyon 563 min manat, qeyri-faiz xərcləri isə 28 milyon 883 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 6 milyon 218 min manat olub, bunun 5 milyon 5 min manatı aktivlər üzrə zərərlərin ödənilməsi üçün ayırıb.


Zərərdən mənfəətə
BI xəbər verir ki, “Bank Respublika” 2018-ci ilin üçüncü rübünü 1 milyon 213 min xalis mənfəətlə başa vurub. Halbuki, bank 2017-ci ilin yanvar-sentyabr ayını 1 milyon 619 min manat zərərlə başa vurmuşdu.

 

Aktivləri artıb
Bankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 37% artaraq 976 milyon 15 min manat olub. Aktivlərin 299 milyon 542 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Bankın müxbir hesabları 50% artaraq 510 milyon 743 min manata çatıb. Qiymətli kağızlarda investisiyaları 23 milyon 128 min manat olub.

 

Bankın depozit portfeli 712 milyon 627 min manat olub. “Bank Respublika”nın cəmi öhdəlikləri illik müqayisədə 38,5% artaraq 920 milyon 702 min manat olub.

“Bank Respublika”nın 2018-ci ilin üçüncü rübündə cəmi kapitalı 55 milyon 313 min manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)