ENA+

İranda nüvə obyektlərində fəaliyyət göstərən casus şəbəkəsi zərərsizləşdirilib

Tehran ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən İranın nüvə obyektlərində xarici ölkələrin mənafeləri naminə fəaliyyət göstərən casus şəbəkəsinin aşkar olunduğunu elan edib.

ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran məhkəməsinin nümayəndəsi Qolyam Hossein İsmaili bildirib.

Onun sözlərinə görə, casuslardan ibarət qrup İranın xüsusi xidmət orqanları tərəfindən ötən il aşkar olunub.

İsmaili casusların nüvə obyektləri və müdafiə sənayesi müəssisələri daxil olmaqla, ölkə üçün həssas mərkəzlərdə fəaliyyət göstəridiyini vurğulayıb. O bildirib ki, casusların çoxu artıq həbs edilib.

Məhkəmə nümayəndəsi həmçinin qeyd edib ki, aşkar edilən qrupun iki üzvü artıq mühakimə edilib və uzunmüddətli həbs cəzaları alıb.

İranın məhkəmə orqanları sözügedən casusluq şəbəkəsi ilə əlaqəli digər şübhəlilərin də işlərinə dair istintaqları tamamlayıb. Onlardan bəziləri üçün prokuror ölüm cəzasının tətbiq edilməsini tələb edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)