"Yapı Kredi Bank"ın rəhbərliyində - YENİ TƏYİNAT

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin Audit Komitəsinə yeni üzv təyin olunub.
ENA.az banka istinadən xəbər verir ki, bu vəzifəyə Gül Pinar Salcı təyin olunub.
O, həmçinin Türkiyənin "Yapı Kredi Bank"ında İcraçı Vitse-Prezident və Strateji Marketinq və Biznesin İnkişafı üzrə baş direktor müavini vəzifəsindədir.
1990-1994-cü illərdə Ankara Universitetinin Sosial Elmlər fakultəsinin Beynəlxalq Münasibətlər ixtisasını bitirib. 1995-1997-ci illərdə Gül Pinar Salcı "Yapı ve Kredi" Bankının Beynəlxalq bölməsinin region üzrə meneceri vəzifəsində çalışıb. 1997-ci ildən 2002-ci ilədək isə İnvestor əlaqələri üzrə menecer vəzifəsini icra edib. 2002-2011-ci illərdə Maliyyə direktoru, vitse-prezident vəzifəsində fəaliyyət göstərib. 2011-ci ildən etibarən İcraçı Vitse-Prezident və Strateji Marketinq və Biznesin İnkişafı üzrə baş direktorun müavini vəzifəsində işləyir.