Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda daha 5 "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycanda daha 5 "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq

"Bu ilin sonuna yaxın daha 5 regional "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq”.

Bunu açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu mərkəzlər Şamaxı, Balakən, Kürdəmir, Tovuz və Ağcabədidə fəaliyyət göstərəcək: "Eyni zamanda prezident İlham Əliyevin tapşırığı ilə Bakıda da növbəti iki mərkəz açılmalıdır. Bununla bağlı işlər gedir, gələn il ərzində bu mərkəzlər də fəaliyyətə başlayacaq".

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə