Hesabatlar

“Bakı Metropoliteni” böyük zərər açıqladı

“Bakı Metropoliteni” QSC 2018-ci ili 54 milyon 871 min manat zərər ilə başa vurub. Bu, əvvəlki illə müqayisədə 11,75% azdırBelə ki, QSC 2017-ci ili 62 milyon 180 min manat zərər ilə bağlamışdı.

"ENA" dövlət şirkətinin ilik hesabatına istinadən xəbər verir ki, ötən ilki zərər daxil “Bakı Metropoliteni”nin yığılmış zərəri 426 milyon 610 min manata çatıb. 

SƏRNİŞİNDAŞIMADAN GƏLİRİ ARTIB

Ötən il “Bakı Metropoliteni” sərnişindaşımadan 54 milyon 186 min manat gəlir əldə edib. 2017-ci illə müqayisədə 2018-ci ildə sərnişindaşımadan gəlirlər 9 milyon 864 min manat və ya 22,2% artıb. 2017-ci ildə sərnişindaşımadan gəlirlər 44 milyon 322 min manat təşkil etmişdi.

Eyni zamanda, ötən il “Bakı Metropoliteni” büdcədən 48 milyon 800 min manat subsidiya alıb (2017-ci ildə büdcədən 45 milyon manat subsidiya almışdı), 5 milyon 763 milyon manat sair gəlirlər əldə edib. Lakin ötən il də xərclər gəlirləri üstələdiyindən “Bakı Metropoliteni” zərərdən çıxa bilməyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)