ENA+

Robotlar 20 milyon nəfəri işsiz qoyacaq

Robotlar 11 il ərzində dünyanın istehsal sənayesində çalışan 20 milyon nəfər işsiz qoyacaq.

Böyük Britaniyada yerləşən “Oxford Economics” şirkətinin məlumatına görə, avtomatlaşdırma iqtisadi artımı yüksəldəcək və nəticədə gəlir bərabərsizliyi yaranacaq. Şirkətin hesabatına görə, sənaye sektorundakı hər bir robot 1,6 nəfəri işsiz qoyacaq.

İşsiz qalan insanlar nəqliyyat, tikinti və ofis işlərinə yönəlsə də, bu sahələrdə də avtomatlaşdırma həyata keçiriləcək və nəticədə işsizlik daha da artacaq. Şirkət siyasətçiləri, iş adamlarını və müəllimləri işçi qüvvəsinin artan avtomatlaşdırmaya uyğunlaşması üçün səy göstərməyə çağırıb.

Dünya miqyasında robotlar 2000-ci ildən etibarən təxminən 1,7 milyon insanı işsiz qoyub. Bu rəqəm Avropada 400 min, ABŞ-da 260 min, Çində isə 550 min nəfər təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)