Fazil Məmmədov xəstəxanaya yerləşdirildi
Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.
“ENA” Baku.ws-ə istinadən xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.
Məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.
Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb.
Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranıb. Onun qaraciyərində problemlər var. Həmçinin, Fazil Məmmədov qan təzyiqindən əziyyət çəkir.