Bank Respublika işçi axtarır - VAKANSİYA
Bank Respublika ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinə, “Proqram təminatı şöbəsinin aparıcı mütəxəssisi (Sistem administratoru)” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Sistem inzibatçılığı üzrə vəzifənin icrası;
• Əsas və rezerv saytlarda avadanlıqların quraşdırılması, qurğularda yaranmış proqram və avadanlıq nasazlıqların aradan qaldırılması.
Namizədə qarşı tələblər:
• Ali təhsil (aidiyyatı sahə üzrə);
• Aidiyyatı sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
• Server tipli proqram təminatın quraşdırılması, sazlanması və dəstəklənməsi üzrə geniş biliklər və iş təcrübəsi;
• Linux ƏS-ri, Microsoft Windows Server, Microsoft AD, VMware və Sphere sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
• LAN və başqa şəbəkə texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
• Server avadanlığının təmiri və montajı;
• Passiv, aktiv şəbəkənin və server avadanlıqları ilə bağlı başqa avadanlığın montajı;
• Proqram təminatının işində va şəbəkəda nasazlıqların axtarışı və aradan qaldırılması üzrə bacarıqlar;
• Kesintisiz enerji təchizatı və soyutma sistemləri üzrə biliklər və iş təcrübəsi;
• Azərbaycan dili (əla), Rus dili (yaxşı);
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyul 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sistem administratoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.