MALİYYƏ

Azərbaycanda 3 investisiya şirkəti əməliyyat zərərinə uyğrayıb

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-ü ötən il əməliyyat mənfəəti əldə etməyib.

Bunlar "PSG Kapital", "Plato Capital and Co." və "BTB Kapital" investisiya şirkətləridir.

Adı çəkilən şirkətlərin əsas xərcləri əsas gəlirlərindən çox olub və son nəticədə onlar əməliyyat zərərinə uğrayıblar. Qalan 5 investisiya şirkəti isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici "İnvest-AZ" (846 min manat), ən aşağı göstərici isə "Xalq Kapital" (157 min manat) qeydə alınıb.

8 investisiya şirkətindən 3-nün 2018-ci ildə əməliyyat mənfəətini artırıb. Bunlar "Xalq Kapital", "PAŞA Kapital" və "İnvest-AZ" investisiya şirkətləridir. 1 investisiya şirkətinin - "Unicapital"ın isə əməliyyat mənfəəti azalıb. 2 investisiya şirkətinin - "PSG Kapital" və "Plato Capital and Co."nun əməliyyat zərəri artıb. 1 investisiya şirkəti - "Azfinance" əməliyyat zərərindən əməliyyat mənfəətinə keçib, 1 investisiya şirkəti "BTB Kapital" isə qiymətli kağızlar bazarında ötən il daxil olub. Odur ki, onların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)