Avro dollar qarşısında ən yüksək səviyyədə
Avro Fed-in faizləri Avropa Mərkəzi Bankından (AMB) daha sürətli bir şəkildə aşağı salacağı barədə investor gözləntisinin təsiri ilə dollar qarşısında üç ayın ən yüksək səviyyəsinə qalxıb.
ABŞ-ın 10 illik istiqrazlarına üstünlük verən investorlar Almaniya istiqrazlarına yönəlib. Bu proses Avronu bahalaşdırır.
Valyuta bazarlarının gözləntisi Fed-in gələn ay faiz endirəcəyi istiqamətindədir. Buna qarşı, AMB-nin Sentyabr ayında faiz endirməsi gözlənilir.
Ötən həftə AMB Sədri Mario Draghi lazım olması vəziyyətində əlavə monetar təşviq siqnalı vermişdir.
Dollar G - 10 pullarının çoxu qarşısında ötən həftə ucuzlaşıb. Dolların 10 mühüm bazar pulu qarşısındakı dəyərini ölçən Bloomberg Dollar İndeksi 5 gündə təxminən 1.34 faiz geriləyib.
Avro/dollar məzənnəsi Bazar ertəsi əməliyyatlarda 1.1399 ilə Martın ortasından bəri görülən ən yüksək səviyyəyə qalxmasının ardından 1.1386-ya düşüb.