"ASAN xidmət"ə daha bir səlahiyyət verildi
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi “ASAN xidmət”də həyata keçiriləcək.
"ENA" xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli, “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli və “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin imzaladığı fərmanda öz əksini tapıb.
Fərmana əsasən, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üzrə vətəndaşlara göstərilən xidmətlər “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.