Türk Lirəsinə təsir edə biləcək mühüm qərar gözlənilir
Bu həftə Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Bazarlar bu qərara da fokuslanıb.
"ENA" xəbər verir ki, ilin əvvəlində inflyasiyada geriləmə olacağı proqnozu ilə İyunda faiz endirimi olacağı gözləntisi gündəmə gəlmişdi. Aprel ayı yığıncağında Mərkəzi Bankın pul siyasəti mətnindən "ehtiyac duyulması halında əlavə sərt tədbirlər görülə bilər" ifadəsinin çıxardılması da İyunda faiz endirimi olacağı gözləntilərini qüvvətləndirmişdi.
Ancaq əksər mütəxəssis inflyasiya, Türk Lirəsi və bir sıra qeyri-müəyyənliklər səbəbilə bankın bu toplantını da pas keçəcəyini gözləyirlər.
Mərkəzi Bankın bu həftəki yığıncağı İstanbul seçkiləri əvvəli son yığıncaq olması baxımından da mühümdür.
"Bloomberg"in 19 təşkilatla apardığı sorğuya görə, "QNB Finansbank" 50 bənd faiz endirimi gözləyərkən, digər təşkilatlar aizin dəyişməyərək 24%-də qalacağını gözləyirlər.
Türkiyə Mərkəzi Bankının yığıncağı Çərşənbə günü keçiriləcək.