ENA+

Gürcüstanda səsvermə bitdi - “Exit-pol”un nəticələri

Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

” xəbər verir ki, ölkədə bütün səsvermə məntəqələri bağlanıb və səslərin hesablanmasına başlanılıb. Prezident olmaq üçün 25 nəfər namizədliyini irəli sürüb.

Əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

***

Gürcüstanda prezident seçkiləri ilə bağlı “exit-pollar”ın nəticələri açıqlanıb. “Rustavi 2” kanalının sifarişi ilə “Edison Research”in keçirdiyi “exit-pol”a əsasən, namizədlər Salome Zurabişvili ilə Qriqol Vaşadzenin hər biri 40%, David Bakradze isə 10% səs toplayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)