"Baktelekom"un gəlirləri və mənfəəti azalıb
“Bakı Telefon Rabitəsi” MMC 2018-ci ili 6 milyon 2017 min manat xalis mənfəət ilə başa vurub.
"ENA" MMC-nin illik hesabatına istinadən xəbər verir ki, ötən il MMC-nin cəmi gəlirləri 63 milyon 291 min manat, cəmi xərcləri isə 57 milyon 74 min manat təşkil edib.
“Bakı Telefon Rabitəsi”nin gəlirləri 2016-cı ildə 68 milyon 816 min manat, 2017-ci ildə isə 67 milyon 945 min manat təşkil etmişdi.
MMC 2016-cı ili 9 milyon 731 min manat, 2017-ci ili isə 10 milyon 244 min manat xalis mənfəət ilə bağlamışdı. "Baktelekom" 2017-ci ildə digər gəlirlər hesabına yüksək xalis mənfəət əldə etmişdi.
"Bakı Telefon Rabitəsi" MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.