ENA+

Ramil Usubov rəisi təqaüdə göndərdi

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin bölmə rəisi vəzifəsindən azad edilib.

"ENA" xəbər verir ki, Daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrə əsasən, idarənin bölmə rəisi Tahir Həsənov təqaüd yaşı ilə əlaqədar olaraq vəzifəsindən azad edilib.

Onun yerinə Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Üzeyir Atamov təyin edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)