İki neftmaşınqayırma zavodunun tikilməsi ilə bağlı - PREZİDENTƏ MÜRACİƏT
Deputat Vahid Əhmədov Azərbaycanda iki neftmaşınqayırma zavodunun tikilməsi ilə bağlı ölkə prezidentinə məktub yollayıb.
O, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. O, vurğulayıb ki, biz ölkədə iri sənaye müəssissələrinin yaradılmasına çalışmalıyıq: “Bunun üçün vəsaitimiz də var. Bunlar elə müəssisələr olmalıdır ki, orada ən azı 7-10 min insan çalışsın. Ona görə də mən iki neftmaşınqayırma zavodunun tikilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişəm. Həmçinin bununla bağlı institutun yaranmasına da ehtiyac var. Belə olan halda Azərbaycana idxal olunan məhsulların sayında azalma olacaq”.
V. Əhmədov həmçinin 2018-ci ilin dövlət büdcəsində tikinti sektorunda azalmanın olduğunu qeyd edib. O, vurğulayıb ki, bu sektorda 9 faiz azalma qeydə alınıb. Deputat bunun səbəbini Maliyyə nazirinin müavinindən soruşub.
Millət vəkili idxal-ixrac əməliyyatlarının çəkisinə də diqqət yetirib. Bildirib ki, ixracda neft məhsulları 90 faiz təşkil edir. Qalan 10 faiz isə qeyri-neft sektorunun payına düşür.