TURİZM

Hotellərə "ulduz"lar yeni formatda veriləcək

Yaxın vaxtlarda hotellərə "ulduz" yeni formatda təqdim olunacaq.

"ENA" xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, hazırda bu məsələyə dair müzakirələr aparılır və istisna deyil ki, bu proses yeni assosiasiya şəklində olacaq.

"Ölkədə hotellərin sayı artır. Bizim müşahidələrə görə, hostel və 3 ulduzlu hotellər daha sürətlə çoxalır", - deyə F. Nağıyev qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)