Sosial iqtisadiyyat

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb. 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "ENA"ya bildirilib ki, bu il iyunun 1-dək fonda 99 845 168,79 manat, 213 577,88 ABŞ dolları, 16 636,0 avro və 5000,0 rubl vəsait daxil olub. 

Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)