ENA+

Daha bir ölkə Trampın “qara siyahı”sına düşdü

ABŞ prezidenti Donalt Tramp Hindistanı Baş prefensiya sistemi (BPS) üzrə ticari güzəştlərin verildiyi ölkələrin siyahısından çıxardı.

"ENAbildirir ki, bu barədə Ağ evin yaydığı məlumatda deyilir. Qərar 2019-cu ilin iyunun 5-də qüvvəyə minəcək. 

“Mən müəyyən etdim ki, Hindistan öz bazarına ədalətli və münasib giriş verdiyinə ABŞ-ı inandıra bilməyib. Bu səbəbdən də, onu 2019-cu ilin iyunun 5-dən inkişaf edən benefisiar ölkələrin siyahısından çıxarmaq daha məqsədəuyğun olar”, - sənəddə deyilir.

BPS ABŞ-ın ticari partnyorlarına müəyyən meyarlara cavab verərək, ABŞ-a geniş sayda məhsulu gömrük rüsumu olmadan ixrac etmək hüququ verən dövlət proqramıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)