ENA+

Son günlər ölkədə yayılmış kəpənəklər barədə açıqlama

Son günlərdə ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildiriblər ki, “Şeytanqaqalı kəpənəyi” adlandırılan və elmi adı “Vanessa cardui” olan bu kəpənəklərin bolluğu çiçəkli bitkilərin tozlanmasına şərait yaradır, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir.

“Şeytanqanqalı kəpənəyi” alaq otlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il “Şeytanqanqalı kəpənəyi” tırtılı yayılmış taxıl və digər əkin sahələrində həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə olunub.

Ən çox Yaponiyada geniş yayılıb. Türkiyənin bütün bölgələrində rast gəlinir. Kütləvi çoxaldığı illərdə birinci nəsil kəpənəklər aktiv miqrasiya etmək xüsusiyyətlərinə malikdir. Kəpənəklərin may ayından oktyabr ayına qədər uçuşları müşahidə edilir. Yaz fəslində kəpənəklərin uçuşu cənubdan şimala, payızda isə şimaldan cənuba doğru istiqamətlənir. Azərbaycanda yayılma səbəbi də məhz bu miqrasiya yolunun üzərində olmasıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)