MALİYYƏ

Nazirliyin dollar kreditləri üzrə kompensasiya ödənişinə ayırdığı vəsaitin məbləği açıqlanıb

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası olaraq Maliyyə Nazirliyi ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya ödənişinə 6 mərhələdə 600,1 milyon manat vəsait ayırıb.

ENA” bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahı əsasında aprelin 18-də 350,8 milyon manat, mayın 6-da 53,5 milyon manat, mayın 14-də 26,3 milyon manat, mayın 15-də 42,6 milyon manat, mayın 23-də 46,2 milyon manat, bu gün mayın 31-də isə 80,6 milyon manat vəsait fəaliyyətdə olan və ləğv prosesində olan bankların, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarına köçürülüb. Bu, lazım olan vəsaitin 91,4%-dir.

Xatırladaq ki, sözügedən fərmanda baş vermiş devalvasiyalar nəticəsində vətəndaşlara dəymiş zərərin 3 aydan gec olmayaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi öz əksini tapıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department