Bu məlumatlar "Elektron hökumət" portalına yerləşdiriləcək
Yerli icra və probasiya qurumlarına yeni vəzifə həvalə edilib.
"ENA" xəbər verir ki, Ədliyyə Nazirliyinin Kollegiyası bununla bağlı “Yerli icra və probasiya qurumlarının Nümunəvi Əsasnaməsi”ndə müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən, bu qurumlar tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparmalıdırlar.