Ramil Usubov saxta vəsiqə satan polkovniki - İŞDƏN ÇIXARDI
Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.
Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev mövcud qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğu üçün daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Hazırda nazirlik tərəfindən idarədə daxili yoxlama aparılır.
Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi satıb.